Yeni İnternet səifəsi istifadəyə verildi - TƏQAÜDLƏ BAĞLI
03 iyul 2020 12:53 (UTC +04:00)

Yeni İnternet səifəsi istifadəyə verildi - TƏQAÜDLƏ BAĞLI

Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib. Məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir. 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, istifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi “HTP haqqında”, “Təqaüd ölkələri”, “Tələbələr”, “Məzunlar”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür. 

Bu iİternet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin "Facebook" səhifəsi də istifadəyə verilib. 

# 2281
avatar

Aygün İbrahimli

Oxşar yazılar