Birinci siniflərin ağır dərslik problemi olmayacaq - DƏRSLİKLƏR YALNIZ...
03 iyul 2020 12:35 (UTC +04:00)

Birinci siniflərin ağır dərslik problemi olmayacaq - DƏRSLİKLƏR YALNIZ...

Növbəti tədris ilində birinci siniflər üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.

Bundan başqa, bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

# 4537
avatar

Aygün İbrahimli

Oxşar yazılar