Sürücülərin NƏZƏRİNƏ: "20 yanvar" dairəsindən bu istiqamətə giriş dayandırılır
03 iyul 2020 13:16 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: "20 yanvar" dairəsindən bu istiqamətə giriş dayandırılır

İyunun 4-5-də “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır.

Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

# 3292
avatar

Mehman Nəbiyev

Oxşar yazılar