Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
03 iyul 2020 12:12 (UTC +04:00)

Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbər görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan, 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb. Yeniyetmənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

***

11:41

Şirvanda 17 yaşlı yeniyetmə çayda batıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində Bayramov Rəvan Gülməmməd oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

# 2164
avatar

Mehman Nəbiyev

Oxşar yazılar