Lukaşenko Belarusun koronavirusa qalib gəldiyini açıqladı
02 iyul 2020 15:39 (UTC +04:00)

Lukaşenko Belarusun koronavirusa qalib gəldiyini açıqladı


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin səhiyyə sisteminin koronavirus pandemiyası ilə mübarizədə dözüm nümayiş etdirərək xəstəliyə qalib gəldiyini bəyan edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti bildirib ki, koronavirusa qarşı mübarizə yumşaldılmayacaq.

“Koronavirus infeksiyası səbəbindən ön cəbhədə tibb işçiləri idilər. Lakin bizim səhiyyə sistemi buna davam gətirdi. Biz mübarizəni yumşaltmayacağıq, halbuki artıq bu gündən qalib gəldiyimizi demək olar”, - deyə A. Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Belarus “siyasi cəhətdən sağlam fikir və xalq müdrikliyi” nümayiş etdirib. 

Qeyd edək ki, iyulun 1-ə olan məlumata görə, Belarusda 62 424 nəfər koronavirusa yoluxub, 398 nəfər vəfat edib.

# 5011
avatar

Oxşar yazılar