2314
14:40
02 İyul 2020

Çavuşoğlu: “Fransa Türkiyədən üzr istəməlidir”


Almaniya Türkiyəyə səyahət məhdudiyyətini bir daha nəzərdən keçirməlidir.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Almaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə mətbuat konfransında bildirib.

H. Maas isə öz növbəsində deyib ki, Almaniya turizm mövzusunda məhdudiyyət məsələsinə yenidən baxacaq.

M. Çavuşoğlu Almaniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə obyektiv mövqeyi ilə çıxış edəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Şərqi Aralıq dənizində Fransa gəmilərinə məhdudiyyət qoyması ilə bağlı suala cavabında M. Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və buna görə Fransa Türkiyədən üzr istəməlidir.