“Təhsil kreditləri haqqında” qanunla bağlı YENİ XƏBƏR
02 iyul 2020 14:05 (UTC +04:00)

“Təhsil kreditləri haqqında” qanunla bağlı YENİ XƏBƏR

0

“Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iş planına daxil edilib. Komitədə bununla bağlı İşçi qrup yaradılıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, qanun layihəsi üzərində 1 aya yaxın  iş gedib. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. qanun layihəsində bir çox dəyişiklik edilib. “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin  2020-ci il payız  sessiyasında müzakirəyə çıxarılacaq”.

Ə. Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin yeni variantda hazırlandığını da nəzərə çatıdırıb: "Qanun layihəsi paket halında müzakirəyə hazır vəziyyətə gətirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2754

Oxşar yazılar