Şəhər sakinindən 3 kilodan çox yüksək dozalı narkotik tapıldı
02 iyul 2020 13:55 (UTC +04:00)

Şəhər sakinindən 3 kilodan çox yüksək dozalı narkotik tapıldı

Lənkəranda narkotik alverçisi saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 2,4 kiloqrama yaxın heroin, 745 qram metamfetamin və 13 qrama yaxın metadon götürülüb.

# 2635
avatar

Mehman Nəbiyev

Oxşar yazılar