Multikulturalizmlə bağlı yeni layihə sosial şəbəkələrdə paylaşılacaq
01 iyul 2020 18:16 (UTC +04:00)

Multikulturalizmlə bağlı yeni layihə sosial şəbəkələrdə paylaşılacaq

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Etno və dini müxtəliflik sərvətimizdir - telemüzakirələr” mövzusunda layihənin icrasına başlayır.

Lent.az xəbər verir ki, layihə çərçivəsində Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisləri, ayrı-ayrı milli və dini icma rəhbərləri, ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək. Layihə dövründə “Multikulturalizm dövlət siyasətidir”, “Qafqaz Albaniyasının varislərindən biri-xristian Udilər”, “Erməni terroru multikulturalizmə qarşı”, “Etno və dini müxtəliflik Azərbaycanın sərvətidir” mövzularına həsr edilən ictimai müzakirələr “Səs” onlayn hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri “youtube”da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, "Facebook" sosial şəbəkəsində ötən layihə fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.

Layihənin məqsədi dövlətin əsas siyasi istiqamətlərindən birinə çevrilən Azərbaycan multikulturalizm etno və dini müxtəlifliyin təşviq edilməsinə xidmət edən televiziya müzakirələrini təşkil etməkdir.

# 2443
avatar

Oxşar yazılar