1603
11:19
01 İyul 2020

Dünən karantini pozan sürücülərin sayı AÇIQLANDI

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar iyunun 30-da görülən işlərlə bağlı məlumat yayıb.

İdarədən Lent.az -a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 1223 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.