Azərbaycanda filmə çəkilən əcnəbi aktyor öldü
01 iyul 2020 10:44 (UTC +04:00)

Azərbaycanda filmə çəkilən əcnəbi aktyor öldü

Rusiyanın Əməkdar artisti, aktyor Viktor Proskurin 68 yaşında vəfat edib.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı İrina Xonda yazıb.

Aktyorun ölüm səbəbi hələ məlum deyil. 

Qeyd edək ki, V.Proskurin Rasim Ocaqovun 1991-ci ildə çəkdiyi “Qətldən yeddi gün sonra” filmində Şurik rolunu canlandırıb.

# 4984
avatar

Oxşar yazılar