1750
18:53
30 İyun 2020

Prezidentin köməkçisi: “Bu, sosial şəbəkələrə də aiddir”


“Problem varsa, əlbəttə, göstərilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, ancaq ictimai rəyi yanlış istiqamətə yönəltməkdən çəkinmək lazımdır: “Bu, sosial şəbəkələrə də aiddir”.