00:30
27 İyun 2020

Koronavirus ağcaqanadlar vasitəsilə ötürülə bilərmi? - CAVAB

“Koronavirus infeksiyasının ağcaqanadlar tərəfindən insanlara ötürülməsi mümkün deyil”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, İtaliya Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri bu qənaətə gəlib.

Tədqiqat zamanı alimlər həşəratın çəkdiyi yoluxmuş qanın tərkibindəki virusun daha çox genişlənməyə və ötürülməsinə qadir olmadığını müəyyənləşdiriblər.

Bundan əlavə, elm adamları Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinad edərək, qətiyyətlə bildiriblər ki, qan sovuran həşəratlar koronavirusun daşıyıcısı ola bilməzlər. Bu, yalnız adi ağcaqanadlara deyil, digər növdən olan ağcaqanadlara da aid edilib.

Dİgər xəbərlər