Bu da Namiqin YENİ SEVDASI:"Qocalırıq, istifadə etməliyik"
26 iyun 2020 10:10 (UTC +04:00)

Bu da Namiqin YENİ SEVDASI:"Qocalırıq, istifadə etməliyik"

Meyxanaçı Namiq Qaraçuxurlu model olmaq sevdasına düşüb.

Lent.az-ın məlumatına görə, söz ustası bu barədə "MTV Azərbaycan"a açıqlamasında deyib:

"Bir ara özümə nifrət edirdim. Çox kökəldim. Tapa bilmirdim ki, nədən kökəldim. Hiss edirdim ki, yaxşı deyiləm. Özümü kompleksli hiss edirdim. Bacardığım qədər axşamlar az yeyirəm. Çörəyi, lavaşla əvəzləmişəm. Ayağım ağrıdığı üçün gəzə bilmirəm, amma idman edirəm.

Müğənniliyi atıram, toylar yoxdur, modellik edəcəm. Kliplər üçün müraciət edə bilərlər. Təklif etsələr, düşünərəm. Qocalıb gedəcəyik, indiki halımızdan istifadə etməliyik".

# 9391
avatar

Yalçın UĞUR

Oxşar yazılar