Spiker: “Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir”
25 iyun 2020 12:06 (UTC +04:00)

Spiker: “Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir”


“Sabah, 26 İyun - Silahlı Qüvvələr Günüdür. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuzun bütün şəxsi heyətini təbrik edirəm".

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda spiker Sahibə Qafarova bildirib.

S. Qafarova deyib ki, bu gün ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təchizatı yüksəlib. Xalqımız haqlı olaraq ordumuzla qurur duyur. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuzun bütün şəxsi heyətini təbrik edirəm”.

# 2539
avatar

Oxşar yazılar