19:29
24 İyun 2020

Uşaqlarını görməyə gedən atanın FACİƏSİ: qayınatası... - VİDEO

Türkiyənin İstanbul şəhərində uşaqlarını görməyə gələn atanı qayınatası öldürüb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Adnan Yılmaz adlı şəxs müəllimə olan arvadından boşanıb. Bundan sonra keçmiş arvadı və onun ailəsi uşaqları atalarına göstərməyib. Qayınatası ona uşaqları göstərəcəyini dedikdən sonra A.Yılmaz işdən çıxıb onlara gedib.

Lakin A.Yılmazla qayınatası və qayınanası arasında mübahisə yaşanıb. Yaranan mübahisədə qayınata keçmiş kürəkənini bıçaqlayaraq xəstəxanalıq edib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qayınatanın saxlanıldığı bildirilir.

Dİgər xəbərlər