"Biz Sizinlə güclüyük" - Prezidentə yazırlar
24 iyun 2020 11:27 (UTC +04:00)

"Biz Sizinlə güclüyük" - Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın müxtəlif bölgələrindən təşəkkür məktubları gəlməyə davam edir. Belə məktublardan birini də Gülxar Abdullayeva göndərib.

Lent.az həmin məktubu təqdim edir:

- Xalqımızın hörmətli və sevimli Prezidenti.

Bəzən hər birimizin həyatında yaranmış böhrandan çıxmaq üçün kənar yardımlara ehtiyac duyduğumuz anlar olur. Elə son aylar ərzində, çətin tarixi zamanda nələr yaşadığımız məlum məsələdir. İnsanlara qənim kəsilən pandemiya şəraitində Sizin bütün zamanlar üçün öz dəyərini saxlayacaq yüksək insani münasibətiniz, COVID-19 infeksiyasına qarşı müvafiq tədbirləriniz və eləcə də “Evdə qal”, “Biz birlikdə güclüyük!” çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi. Gördük və əmin olduq ki, dövlətimizin və dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda aparılan işlərə nəzarəti hər zaman yerindədir və tükənməzdir.

Hörmətli cənab Prezident, biz bu gün vətəndaş-dövlət münasibətlərində sıx birliyin şahidi oluruq. Dövlətimizin gücünü, nüfuzunu artırdığınıza, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Biz Sizinlə güclüyük.

Laçın rayonundan olan məcburi köçkünlər adından hörmətlə,

Allahverdiyeva Gülxar

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi.

 

# 2191
avatar

Oxşar yazılar