1369
12:32
23 İyun 2020

“Pullman Baku” hotelində dezinfeksiya tuneli quraşdırıldı - VİDEO

Pandemiya ilə mübarizədə və onun qarşısının alınmasında “PACİFİC GROUP” mühüm vasitə kimi dezinfeksiyaedici tunellərin istehsalını həyata keçirir.

APA TV-nin xəbərinə görə, bu tunellər ən yüksək səviyyədə gigiyena təmini üçün mükəmməl bir cihazdır.

Avadanlıq dünyada geniş yayılmış, daim mutasiya edərək dəyişən virus və bakteriya kimi mikroorqanizmlərin azaldılmasına kömək edən bir aparatdır. Cihazda sağlamlıq üçün ziyanı, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə olunur ki, bu da insanların dezinfeksiya olunması üçün nəzərdə tutulub.

Aparat artıq paytaxtda yerləşən “Pullman Baku” hotelində quraşdırılıb.

“Pacific Group”-un ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Fərəcovanın sözlərinə görə, istehsal olunan PC- DEZOX dezinfeksiyaedici tuneli artıq bir neçə dövlət və özəl müəssisələrinin girişində quraşdırılıb: “Hazırda tunelin quraşdırıldığı ən iri turizm müəssisələrinin birinin qarşısındayıq. Bura gələn əməkdaşlar və qonaqlar aparatdan keçməklə dezinfeksiya olunur və turizm müəssisəsinin ərazisinə daxil olur”.

Üzərində yerləşən həssas qəbuledicilər sayəsində insan tuneldən keçdiyi zaman hərəkət sensoru vasitəsilə sistem avtomatik olaraq işə düşür və nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiq nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan dezinfeksiya edir.

Məkanın önündə bu cür dezinfeksiyaedici tunel quraşdırılıb ki, bura gələnlər əvvəlcə içəri daxil olur, dezinfeksiya olunduqdan sonra isə hotelə təşrif buyururlar.

Avadanlığın quraşdırılması və istifadəsi çox asandır. Quraşdırıldıqdan sonra başqa əraziyə asanlıqla yerini dəyişmək də mümkündür.

Qeyd edək ki, sifarişçilərin istək və tələblərinə uyğun olaraq müxtəlif ölçülərdə dezinfeksiyaedici tunellərin bir sıra modelləri təklif olunur.