10:58
23 İyun 2020

Ermənistanda koronavirusdan daha 12 nəfər öldü

Ermənistanda son sutka ərzində daha 418 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 21 006 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 12 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 372 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 10 144 nəfərdir.

Dİgər xəbərlər