16:35
22 İyun 2020

London klubunun futbolçusu koronavirusa yoluxdu

İngiltərə Premyer Liqasında daha bir futbolçu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə London “Arsenal”ın oyunçusunun testi müsbət nəticələnib.

Hələlik futbolçunun adı açıqlanmır. Lakin onun iki komanda yoldaşı ilə təmasda olduğu müəyyənləşib. Hər üç oyunçu karantinə alınıb.

“Arsenal” iyunun 25-də “Sauthempton”la qarşılaşacaq.

Dİgər xəbərlər