Rayonlardakı problemləri parlamentdə tündləşdirməyin - Fəzail Ağamalı
19 iyun 2020 13:32 (UTC +04:00)

Rayonlardakı problemləri parlamentdə tündləşdirməyin - Fəzail Ağamalı

“Həmkarlarımdan xahiş edirəm ki, rayonlardakı bu və ya digər problemləri Milli Məclisin iclaslarına tünd rənglərlə daşımasınlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bundan istifadə edən antimilli qüvvələr dövlətin üzərinə gəlir: “Burada o məsələlər müzakirəyə çıxarılmalıdır ki, dövlətçiliyin inkişafına töhfə məqsədi daşısın. Biz özümüz yerlərdəki problemləri aidiyyəti qurumlar qarşısında qaldıra bilərik”.

# 4324
avatar

Oxşar yazılar