5491
19:58
18 İyun 2020

Koronavirus testlərinin maya dəyəri açıqlandı


“Hazırda 25-ə yaxın laboratoriyada koronavrusla bağlı testlər keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ölkədə test ehtiyatı kifayət qədərdir: “Test ehtiyatı tender qaydalarına uyğun əldə edilib. Alınan bütün testlər Almaniya istehsalıdır. Testin maya dəyəri 40 manat civarındadır. Bura mütəxəssislərin əməyi daxil deyil”.