9958
19:39
18 İyun 2020

Buraxılış və qəbul imtahanları təxirə salındı - Operariv Qərargah


"İyunun 24-25-də keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı məsələ Operariv Qərargahda müzakirə olunub.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O bildirib ki, buraxılış və qəbul imtahanlarının təxirə salınması qərara alınıb.: “Buraxılış və qəbul imtahanları ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə təxirə salınacaq və növbəti vaxta təyin ediləcək. Yalnız ola bilsin ki, Naxçıvan ərazisində bu imtahanların keçirilməsi nəzərdə tutulsun. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı açıqlama veriləcık”.