17:32
18 İyun 2020

® Araz Supermarketlər Şəbəkəsində “Yaz meyvələri” festivalı keçirilir

Araz Supermarketlər Şəbəkəsində 17-18-19 iyun tarixlərində “Yaz meyvələri” festivalı keçirilir. Bununla yanaşı xüsusi həftəiçi endirimlərinə start verilib.

Meyvə - tərəvəzi bazar qiymətinə təklif edən Araz supermarketlər şəbəkəsi festival çərçivəsində mövsüm meyvələri və bir çox tərəvəz çeşidlərinə xüsusi endirimlər təklif edir.

Festivalla yanaşı Araz Supermarketlər Şəbəkəsində xüsusi həftəiçi endirimlərinə start verilib. Kampaniya çərçivəsində süd və süd məhsulları, kolbasa və sosislər, çəki şirmiyyatları və təmizik vasitələrinin seçilmiş çeşidləri xüsusi qiymətlərlə təklif olunur. Həmçinin, dana əti qiyməsinin bir kiloqramı 10 manat, 49 qəpiyə, 1.5 kiloqramlıq Persil yuyucu tozu 4 manat, 49 qəpiyə, Selpak 8 ədədli tualet kağızı 4 manat, 49 qəpiyə endirilib.

Bundan başqa bir ay davam edəcək xüsusi endirim kampaniyası çərçivəsində dana qabırğanın 1 kiloqramı 9 manat, 99 qəpik, çanaq pendirinin 1 kiloqramı 5 manat, 99 qəpik, qoğal 35 qəpik, pomidor və xiyar isə bazar qiymətindən 10 faiz aşağı qiymətlə təklif olunur.

Dİgər xəbərlər