4039
17:20
25 İyun 2020

Balqabaq desertinin hazırlanma qaydası: Qida texnoloqundan sirli resept

Yay fəsli gələndə bir çox valideynlər dondurma ilə bağlı bəzi problemlər yaşayırlar. Bu problemlərdən biridə uşaqlarin dondurmaya olan sevgisidir. Almasa olmur, alsa da bilmir ki, mənşəyi nədir. Buna görə də, ən yaxşısı dondurmanı ev şəraitində ərsəyə gətirməkdir. Ya da uşaqların zövqünü oxşayacaq müxtəlif və yeni dadlara məxsus desertlər hazırlamaq olar.

Həmsöhbətimiz Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, qida texnoloqu Ağa Salamovun evdə hazırlanacaq şirniyyatlarla bağlı maraqlı fikirləri var:

“Mən bir təklif irəli sürmək istəyirəm ki ,bəlkə elə uşaqlara daha çox faydalı olan balqabaq deserti təklif edək?”

Əlbəttə, biz Ağa bəylə tam razıyıq. Bəs bu desert necə hazırlanır? Elə bunu da qoy özü desin:

“Balqabaq desertinin hazırlanması üçün lazım olan ərzaqlar:

Balqabaq - 1 kq

Şəkər tozu - 300 qr

Sulu qaymaq 33% - 200 qr

Bal - 200 qr (və ya hər hansısa mürəbbə şirəsi)

Vanil - 1 paçka

Badam - 100 qr

Hazırlanma qaydası:

Balqabagi soyub təmizləyirik ,kubik şəklində doğrayıb bir listə qoyuruq. Üstünə şəkər tozu əlavə edib soyuducuda +4°C ən az 5 saat saxlayırıq. Sonra həmin listdə 200°C sobada yumuşalanadək bişiririk. ( Diqqət etmək lazımdır ki üstü çox qaralmasın). Badam qovrulur və xırda şəkildə doğranır. Üstünün sousu üçün Kənarda qaymağı balaca qazana əlavə edib bal ilə bir yerdə qaynadırıq və vanil tozunu əlavə edib az xodda asta asta bişiririk . Qaynayan kimi kənara çəkib soyuduruq. Balqabaq istənilən şəkildə servis oluna bilər. Üstünə sous töküb və qovrulmuş badam səpərək servis edin.

Nuş olsun”.

Hə, reseptindən də bəlli olur ki, hazırlanan balqabaq desertinin dadından doymaq olmaz. Elə Ağa Salamovun da dediyi kimi bu həm dadlı, həm də faydalıdır. Balqabağın faydalarına gəlincə isə:

“Balqabaq ,Meksika və mərkəzi Amerikada, təxminən, 7500 il əvvəl kəşf edilmiş bitki növüdür.

İbn-Sina “Tibbnamə” əsərində bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb.
Bütün dünyada olduğu kimi ölkəmizdə də qabaqdan yeməklərdə, şirniyyat sənayesində və vitamin həblərində istifadə edilər.

100 qram balqabaqda 45 kkal enerji mövcuddur. A, C, E və K vitaminləri, həmçinin, maqnezium, dəmir, mis və s. mineralları ehtiva edir.

Dİgər xəbərlər