Düşmənin Tərtəri atəşə tutması yalandır - Müdafiə Nazirliyi
17 iyun 2020 19:05 (UTC +04:00)

Düşmənin Tərtəri atəşə tutması yalandır - Müdafiə Nazirliyi

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.

Müdafiə Nazirliyi bildiri ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

# 2839
avatar

Oxşar yazılar