9534
18:27
17 İyun 2020

AzTV-yə yeni mətbuat katibi təyin olundu

Nərgiz Rəfiyeva “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə APA -ya o özü məlumat verib.

Qeyd edək ki, N.Rəfiyeva daha əvvəl özəl şirkətlərin birində PR-meneceri vəzifəsində çalışıb.