11:50
13 İyun 2020

Premyer Liqaya yollana bilər - "Latsio"nun bombardiri

"Latsio"nun hücumçusu Çiro İmmobile karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted" 30 yaşlı forvardla hücum xəttini gücləndirmək istəyir.

Paytaxt təmsilçisi İtaliya millisinin üzvünü satmaqda maraqlı deyil. Ancaq astronomik məbləğdə təklifi dəyərləndirə bilər. "Qırmızı şeytanlar" minimum 40 milyon avroluq təklif göndərməlidir ki, romalılar fikrini dəyişsinlər. İngilislər yaxın günlərdə rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Latsio" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Çiro İmmobile cari mövsüm 26 oyunda 27 qol, 8 assistlə yadda qalıb.

Dİgər xəbərlər