922
09:01
11 İyun 2020

Dünyada bu gün - VİDEO

1. Azərbaycanın əməkdar müəllimi, görkəmli maarif xadimi Qəribsoltan Məlikova 1886-cı il iyunun 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində) milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ailəsində anadan olub.

2. Azərbaycanın əməkdar həkimi Məhbubə xanım Mahmudbəyova 11 iyun 1902-ci ildə Şuşa şəhərində tanınmış həkim Kərim bəy Mehmandarovun ailəsində anadan olub.

3. Azərbaycan xalq artisti Hökümə Abbasəli qızı Qurbanova 11 iyun 1913-cü ildə Bakıda dünyaya göz açıb.

4. Görkəmli tarixçi-şərqşünas alim, professor Şövkət Əzizağa qızı Tağıyeva 11 iyun 1926-cı ildə anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdi oğlu Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub.

6. 20 Yanvar şəhidi Rüstəm Şahvələd oğlu Əliyev 1965-ci il iyunun 11-də Bakıda anadan olub.

7. Görkəmli dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimov 1975-ci ilin bu günü Bakıda vəfat edib.

8. Sovet İttifaqı Qəhrəmanı Yusif Mədət oğlu Sadıxovun anım günüdür. O, 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub.

9. Akademik, tarix elmləri doktoru, professor İqrar Həbib oğlu Əliyevin xatirə günüdür. O, 1924-cü il martın 14-də Bakıda dünyaya gəlib.

10. Müğənni, bəstəkar, xanəndə və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov da bu gün xatırlanır.