08:22
11 İyun 2020

Floydun qardaşı Konqresdə: "20 dollara dəyərdimi?"

Corc Floydun qardaşı Konqresi qaradərililərə qarşı polis zorakılığını dayandırmağa çağırıb

ABŞ-da polis zorakılığı nəticəsində dünyasını dəyişən afroamerikalı Corc Floydun qardaşı Filonize Floyd çərşənbə günü ABŞ Konqresində dinləmələrdə çıxış edib.

APA Tass-a istinadən xəbər verir ki, çıxışına emosional başlayan Filonize konqresmenləri qaradərililərə qarşı polis zorakılığının mümkün qədər tez aradan qaldırılmasına çağırış edib:

O, millət vəkillərinə xitabən bildirib ki, polislərə qanuni güc tətbiq etməyi öyrədin: Polis yalnız zəruri hallarda, həyatı üçün təhlükə yarandıqda qanunun icazə verdiyi çərçivədə güc tətbiq edə bilər. Corc həmin gün heç kimi təhdid etmədiyi halda, öldürüldü - 20 dollara dəyərdimi?

Corc Floydun qardaşı əlavə edib ki, küçələrə çıxaraq etiraz edən insanlar da buna son qoyulmasını tələb edirlər: “İnsanlar sizi onların adından danışmaq üçün seçiblər. Corcun ölümü dünyanı yaxşılığa doğru dəyişdirir, məncə, belə də olacaqsa. Deməli, o, yaxşı səbəbə görə öldü”.

Dİgər xəbərlər