Azərbaycanın humanitar yardım göstərdiyi ölkələrin sayı AÇIQLANDI
10 iyun 2020 17:40 (UTC +04:00)

Azərbaycanın humanitar yardım göstərdiyi ölkələrin sayı AÇIQLANDI

“Azərbaycan dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxış zamanı deyib.

“İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 dollar məbləğində töhfə verdik”, - E. Məmmədyarov vurğulayıb.

# 3334
avatar

Oxşar yazılar