Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadıldı
09 iyun 2020 18:40 (UTC +04:00)

Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadıldı

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il iyulun 1-dək  uzadılır.

Bu barədə APA-ya zərbaycan Nazirlər Kabineti yanında  Operativ Qərargahdan bildirilib.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılmışdır.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadılıb.

 

# 3055
avatar

Oxşar yazılar