1426
12:07
09 İyun 2020

Azərbaycana vaksinlər necə gətirilir? - ŞƏRTLƏR

“Azərbaycan dövlətinin aldığı vaksinlər UNİCEF xətti ilə ölkəyə gətirilir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin mütəxəssisi Cəvahir Süleymanova Lent.az -ın sorğusuna cavab olaraq bildirib ki, alınan vaksinlər ÜST-ün tövsiyə etdikləridir: “ÜST prekvalifikasiya olunmuş vaksinləri gətirir. Yəni, ÜST ekspertlər tərəfindən həmin vaksinlər istehsal olunan zavodları prekvalifikasiya edir və buraxılan vaksinlərin keyfiyyətə, beynəlxalq standartlara uyğunluğunu yoxlayır. Beləliklə, ÜST Azərbaycana yalnız prekvalifikasiya olunmuş vaksinləri gətirir”.