"Sizə inanırıq və güvənirik" - Prezidentə yazırlar
08 iyun 2020 18:21 (UTC +04:00)

"Sizə inanırıq və güvənirik" - Prezidentə yazırlar

Respublikanın hər yerindən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir. Bu məktublardan birini də Ağcabədi rayonundan Ruxsarə Nəsirova göndərib. Lent.az həmin məktubu təqdim edir:

- Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir.

Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı.

İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Nəsirova Ruxsarə Rasim qızı.

# 2614
avatar

Oxşar yazılar