"Xaş-xaş-2020": 1 tondan çox narkotik məhv edildi - FOTO
06 iyun 2020 20:01 (UTC +04:00)

"Xaş-xaş-2020": 1 tondan çox narkotik məhv edildi - FOTO

Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat tədbirləri keçiriblər. Nəticədə rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Tədbir zamanı hündürlüyü 150-170 santimetr olan 2830 ədəd, çəkisi isə 1 tondan artıq çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

# 3097
avatar

Mehman Nəbiyev

Oxşar yazılar