Gəncədə gizli fəaliyyət göstərən çörək sexi aşkarlanıb.
DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhərin Nizami rayonunda sərtləşdirilmiş karantin rejimi pozulub.
Rayon Polis Şöbəsinin əməkdaşları obyektin fəaliyyətini dayandırıb, sahibkar və digər işçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə cərimələnib.