13:57
05 İyun 2020

Bu cinayətlərə görə həbs qərarı seçilməsin - Deputatdan TƏKLİF

“Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətiimkan tədbiri seçilməməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bununla bağlı qanuna dəyişiklik edilməlidir: “Cinayət Məcəlləsində sübutların saxtalaşdırılması məsələsinə yenidən baxılmalıdır. Burada hakimlərin məsuliyyəti nəzərdə tutulmayıb. Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir”.

Dİgər xəbərlər