5128
13:03
05 İyun 2020

Kəndin adı dəyişdirilir - Deputatdan ETİRAZ

Qaz ölkəsi olmağımıza baxmayaraq, qazın qiymətinə qoyulan limit azdır”.

APA xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O bildirib ki, əhali qaz pulunu ödəməkdə çətinlik çəkir. Deputat kəndlərdə əhalinin pensiyasını rahat ala bilməsi üçün terminallar qurulmasını da təklif edib: “Kəndlərdə işıq dirəkləri sıradan çıxıb. Uşaq pulu ən ciddi problemlərdəndir. Sosial yardım vermək əvəzinə təsnifat yolu ilə uşaq pulumu bərpa etmək olar”.

Deputat Şamaxı rayonu, Saqiyan kəndinin adının dəyişdirilməsinə də etiraz edib: “Bununla bağlı iyunun 8-də Milli Məclisin Toponimiya komissiyasının iclası keçiriləcək. Həmin kəndin adının dəyişdirilib, Günəşli qoyulması təklif olunur. O kəndin adı türk adıdır. Ona görə kəndin adının dəyişdirilməsinə etiraz edirəm”.