1033
12:46
05 İyun 2020

Oğurladığı maşını hasara vurdu, sonra isə düşüb qaçdı

Yevlaxda avtomobil qaçırmaq istəyən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata əsasən, iyunun 1-də saat 14 radələrində rayonun Havarlı kəndi ərazisində naməlum şəxs Mingəçevir şəhər sakini K.Atayevin “VAZ-2106” markalı avtomobilini qaçırmağa cəhd göstərib. Həmin şəxs avtomobili hasara vurub və düşərək qaçıb. Bu barədə yerli Polis Şöbəsinə məlumat daxil olub.

Yevlax Rayon Polis Şöbəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mingəçevir şəhəri ərazisindəki 2 evdən və 1 avtomobildən velosiped, pul, ətir və eynək oğurlaması da müəyyən edilib.