Kavani onu tarixin ən yaxşı hücumçusu adlandırdı
04 iyun 2020 19:00 (UTC +04:00)

Kavani onu tarixin ən yaxşı hücumçusu adlandırdı

 

PSJ-nin forvardı Edinson Kavanı “Real”ın və Braziliya millisinin futbolçusu Ronaldonu futbol tarixinin ən yaxşı hücumçusu hesab edir. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun fikrincə, Ronaldo hər şeyi bacarırdı. 

“Bütün keyfiyyətlərinə görə, eyni zamanda futbol zəkasına və əla texnikaya sahib idi”, - Kavani söyləyib. 

Xatırladaq ki, braziliyalı Avropada PSV, Milanın “İnter”, Kataloniyanın “Barselona” və Madridin “Real” klublarında çıxış edib. O, klub səviyyəsində 451 oyun keçirib və 296 qol vurub. 

Ronaldo Braziliya millsinin heyətində 98 oyunda meydana çıxıb və 62 qol  vurmaqla, iki dünya çempionatının və 3 Amerika Kubokunun qalibi olub. 

Əlavə edək ki, onun hesabında iki “Qızıl top” və 3 FİFA-nın ilin ən yaxşı oyunçusu mükafatı da var. 

 

# 3190
avatar

Oxşar yazılar