12:12
04 İyun 2020

Qonşu ölkədə epidemiyanın İKİNCİ DALĞASI başladı


İranın Gilan əyalətində koronavirus (COVID-19) epidemiyasının ikinci dalğası başlayıb. APA -ın Tehran bürosunun məlumatına görə, bunu əyalətin Tibb Universitetinin rektoru Ərslan Salari deyib.

Ə. Salari bildirib ki, ötən bir neçə gündə Gilan əyalətində ictimai yerlərdə məsafənin qorunmaması koronavirusa yoluxanların sayının artmasına səbəb olub: “Sayın artması göstərir ki, əyalətdə epidemiyanın ikinci dalğası başlayıb və virusla mübarizənin yeganə yolu gigiyena, sosial məsafə və digər qaydalara əməl etməkdir”.

O, əyalətdə yoluxanların və ölənlərin sayını açıqlamayıb.

Dİgər xəbərlər