808
09:22
04 İyun 2020

Bakı sakinin evindən 6 kiloya yaxın narkotik tapıldı

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az -ıın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsi keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş, 1962-ci il təvəllüdlü İ. Əliyevin həyətindəki əl damından 5 kq dan çox marixunana, dibçəklərdə əkilən 1 kq yaxın çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.