Abitiriyentlər üçün "dərs vaxtı" başlayır
03 iyun 2020 12:43 (UTC +04:00)

Abitiriyentlər üçün "dərs vaxtı" başlayır

İyunun 16-dan iyulun 17-dək teledərslər yeni formatda yenidən efirdə olacaq.

Lent.az xəbər verir ki, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə məlumat verib: “Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir.

Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləyin”. 

 

 

 

 

# 1864
avatar

Aygün İbrahimli

Oxşar yazılar