811
06:20
03 İyun 2020

Dünyada koronavirusa yoluxanların sayı 6,1 milyonu keçdi


Dünyada son sutkada 113198 nəfər koronavirusa yoluxub, 4242 nəfər dünyasını dəyişib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, dünyada yoluxma hallarının ümumi sayı 6194 533, ölənlərin sayı isə 376320 olub.

Ən çox yoluxma halları Amerikada qeydə alınıb - 2 905 432.