5047
14:36
02 İyun 2020

Moskvada koronavirusdan ölənlər belə dəfn olunur - VİDEO

Moskvalılara koronavirusdan vəfat edən insanın dəfn prosesinin video yazısı göstərilib.

Lent.az -ın Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qeyd edilir ki, dəfn xidmətinin 4 əməkdaşı koronavirusa qarşı qoruyucu kostyumlar, eləcə də qalın rezin təbəqəli respiratorlu maskalar geyinirlər.

Sonra dərin qazılmış qəbirə dezinfeksiya vasitəsi olan ağ toz səpilir. Bundan sonra tabutu lentlərin üztünə qoyub aşağı endirməyə başlayırlar. Bu prosedur başa çatan kimi dəfn bürosunun əməkdaşları şam ağacının budaqlarını çuxura atır və torpaqlamağa başlayırlar.

Qeyd edilir ki, dəfnə gələnlər tabutdan bir neçə metr aralıqda dayanır və əraziyə yaxınlaşmırlar. Bundan başqa, cənazə mərasimi boyunca mərhumun tabutu bağlı qalır.