Sumqayıtın işıqlandırılmasına 6 milyon manat ayrıldı
02 iyun 2020 11:54 (UTC +04:00)

Sumqayıtın işıqlandırılmasına 6 milyon manat ayrıldı


Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.

 

# 1579
avatar

Oxşar yazılar