1339
16:41
01 İyun 2020

"Dərs vaxtı"nın iyunun 2-nə olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın iyunun 2-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:00-da VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:50-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:20-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:55-də II sinif - Riyaziyyat, Təsviri incəsənət; 13:35-də I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət dərsləri; 14:00-da – Məktəbdənkənar fəaliyyət; 14:15-də Futbol dərsi olacaq.

Rus bölməsi üçün sabah saat 14:20-də I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:45-də VII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:30-da IX sinif - Rus dili, Riyaziyyat, Fizika; 16:10-da X sinif – Kimya, Riyaziyyat, Coğrafiya dərsləri keçiriləcək.