Nazir şəhid övladları ilə görüşdü - VİDEO TƏDBİR
01 iyun 2020 16:05 (UTC +04:00)

Nazir şəhid övladları ilə görüşdü - VİDEO TƏDBİR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarla onlayn görüş keçirib.

Lent.az xəbər verir ki, videotədbirə Aprel şəhidlərinin və qazilərinin övladları və “Birgə və Sağlam” İctimai Birliyində təlim keçən autizm sindiromlu uşaqlar qatılıblar.  

Nazir Ramin Quluzadə Uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. O, prezident İlham Əliyevin və l vitse-prezident Mehriban Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına olan münasibətinin hamımız üçün örnək olduğunu və rəhbərlik etdiyi nazirliyin də şəhid övladlarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb.

Səmimi keçən görüşdə uşaqlar da öz fikirlərini bölüşüblər. Onlar ayrı-ayrılıqda çıxış edərək bütün dünyadakı uşaqlara arzularını, özləri ilə bağlı istəklərini dilə gətiriblər.

R.Quluzadə hər bir azərbaycanlının şəhid övladlarını qorumağa borclu olduğunu vurğulayıb.

 

 

# 2965
avatar

Aygün İbrahimli

Oxşar yazılar