Özümüzlə bağlı bilmədiklərimiz – ŞOK FAKTLAR
02 iyun 2020 12:47 (UTC +04:00)

Özümüzlə bağlı bilmədiklərimiz – ŞOK FAKTLAR

İnsan elə sirli bir dünyadır ki  nə qədər oxusan da, öyrənsən də yenə də yetərli olmur. Biz isə bunların çoxundan xəbərsizik.

Lent.az insan orqanizmi ilə bağlı çoxlarınızın bilmədiyi faktları təqdim edir:

Dörd yaşlı uşaq gün ərzində təxminən 450 sual verir.

İnsan qızardıqda, mədəsi də qırmızı rəng alır.

İnsan bütün həyatı boyu orta hesabla yuxuda 8 kiçik hörümçək udur.

İnsan dodaqları barmaqlardan yüz dəfələrlə çox hissiyyatlıdır.

İnsan orqanizmində 2000-ə yaxın dad bilmə reseptoru var.

İnsan sutka ərzində təxminən 23 min dəfə nəfəs alıb verir

İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqram təşkil edir.

İnsan ildə 10 milyon dəfə göz qırpır.

Bir saniyə ərzində insanın beynində 100 min kimyəvi reaksiya baş verir. İnsanlar — tək varlıqlardır ki, kürəkləri üstə yatırlar

İnsan səhər tezdən axşama vaxtına nisbətən səkkiz mm hündür olur.

Skeletdə 200 sümük və 630 skelet əzələsi var.

Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.

Şəhadət barmağı insan əlinin ən hissiyyatlı barmağıdır.

İnsan tükü qurğuşundan, misdən, platindən möhkəmdir və möhkəmliyinə görə yalnız poladla rəqabət apara bilər.

# 3931
avatar

Könül Fəxrəddinqızı

Oxşar yazılar