Keçmiş məhkumlar narkotiklə tutuldular
01 iyun 2020 13:02 (UTC +04:00)

Keçmiş məhkumlar narkotiklə tutuldular

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN mtəbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - T.Məmmədov və B.Nurullayev saxlanılıblar.

Şəxsi axtarış zamanı T.Məmmədovdan heroin və metamfetamin, B.Nurullayevdən isə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onlara narkotik vasitəni satmaqda şübhəli bilinən Digah kənd sakini, əvvəllər məhkum olunmuş İ.Kərimov da müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq heroin və metamfetamin, evindən isə 605 qram tiryək və 50 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun “Toyota” markalı avtomobilindən marixuana, metamfetamin, heroin, evindən isə əlavə olaraq 435 qrama yaxın heroin və 164 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Bədəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə sərnişini Soğanverdilər kənd sakini, əvvəllər məhkum olunmuş İ.Bədəlovla birgə Kətəlparaq kəndi ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı T.Bədəlovdan və İ.Bədəlovdan ümumilikdə 12 qrama yaxın, avtomobildən isə 590 qrama yaxın marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə İ.Bədəlovun evindən isə 855 qram marixuana  aşkar edilərək götürülüb.

# 1462
avatar

Mehman Nəbiyev

Oxşar yazılar